EN

Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda Yeni İnkişaf Bankının prezidenti ilə görüşü olub YENİLƏNİB

Kazan, 23 oktyabr, AZƏRTAC

Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kazanda BRICS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, Dilma Russeff Azərbaycanda COP29-un keçirilməsini xüsusi qeyd edərək, bu tədbirdə iştirak edəcəyini məmnunluqla vurğuladı. O, iqlim maliyyələşməsi mövzularının beynəlxalq maliyyə institutlarının diqqət mərkəzində olduğunu dedi və bu nöqteyi-nəzərdən Bakıda keçiriləcək COP29-un önəminə toxundu.

Söhbət zamanı qarşılıqlı maraq doğuran əməkdaşlıq imkanları müzakirə edildi.

Chosen
15
18
azertag.az

10Sources