EN

Braziliyada yol qəzasında 7 azyaşlı avarçəkən həlak olub

Braziliyada yeddi azyaşlı avarçəkən də daxil olmaqla 9 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Reuters-in məlumatına görə, Pelotas şəhərində yük maşını içərisində avarçəkmə komandasının olduğu furqonla toqquşub.

Hadisə mikroavtobusda olan on nəfərdən doqquzu həlak olub. Onlardan yeddisi yarışlardan qayıdan kiçik avarçəkənlər idi. Yalnız 17 yaşlı idmançı sağ qalıb. Yük maşını sürücüsü yüngül bədən xəsarətləri alıb.

Hadisə ilə bağlı Rusiya Avarçəkmə Federasiyası artıq başsağlığı verib.

Daha əvvəl atletika üzrə Avropa çempionatının iştirakçısının 28 yaşında dünyasını dəyişdiyi bildirilirdi.

DOÄžRU.AZ

Chosen
15
dogru.az

1Sources