EN

Entoni Blinken və İsxak Hersoq arasında görüş olub

ABŞ dövlət katibi Entoni Blinken İsrail prezidenti İsxak Hersoq ilə bölgədəki gərginliyin azaldılması səylərini müzakirə edib. SİA xəbər verir ki, ABŞ Dövlət Departamentinin məlumatına görə, Entoni Blinken Tel-Əvivdə İsxak Hersoq tərəfindən qəbul edilib.

Görüşdə tərəflər, bölgədə gərginliyin azaldılması, həmçinin Livan sərhədinin hər iki tərəfindəki mülki şəxslərin evlərinə qayıtmasına imkan verəcək diplomatik həllərin təşviqi məsələlərini müzakirə ediblər. Entoni Blinken Qəzzaya davamlı humanitar yardımların çatdırılmasının vacibliyini vurğulayıb. O, müharibənin əsirlərin azad edilməsi və regional sabitliyin bərqərar olunmasını təmin edəcək şəkildə sona çatdırılmasının əhəmiyyətini qeyd edib.

Entoni Blinken İsrailin Qəzza zolağına hücumlara başladığı 7 oktyabr 2023-cü ildən bəri 11 dəfə İsrailə səfər edib.

Chosen
2
1
sia.az

2Sources