EN

Gömrük əməkdaşları malların qanunsuz yolla keçirilməsinin qarşısını alıb

Bakı, 23 oktyabr, AZƏRTAC

İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisindəki gömrük zonasını əvvəlcədən sifariş etdiyi xüsusi araba ilə yardıma ehtiyacı olan şəxs təsəvvürü yaradaraq keçməyə cəhd göstərib.

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, gömrük əməkdaşları tərəfindən vətəndaşa məxsus əl yüklərinə stasionar rentgen qurğusunda baxış keçirilib.

Monitorda şübhəli təsvirlər müşahidə olunduğundan vətəndaşa məxsus 5 çamadan və 2 idman çantasında gömrük baxışı aparılıb. Gömrük baxışı zamanı əl yüklərindən 20 qutu siqaret, 48 qutu tütün, 1 ədəd “XOR” markalı mobil telefon, 9 qutu “Promovia hydro balance 100 mg”, 3 qutu “Rilutek 50 mg 56 film tablet”, 1 qutu “Peyona 20 mg/ml”, 2 qutu “Enbrel MYCLİC 50 mg/ml etanersept”, 9 qutu “VİTRELLE 250 mcg/0.5ml”, 4 qutu “Aranesp 40 mikrogram”, 1 qutu “Letu 2.5 mg letrozol” 12 qutu “Letrol 2,5 mg”, 1 qutu “Replax 40 mg”, 2 qutu “İmex 3 faiz Merhem 20 g”, - 1 qutu “Toujeo 300 U/ml”, 2 qutu “Ventolin 2 mg/5ml şurup”, 1 qutu “Lithuril 300 mg 100 kapsül”, 2 qutu “Saxenda 6 mg/ml 3 kalem”, 2 qutu “Gardasil 9”, 4 qutu “Mofecept 500 mg/ml”, 1 qutu “Tegretol 100 mg/5ml”, 7 qutu “Famera 2,5 mg”, 4 qutu “Antepsin 1g/5ml”, 1 ədəd flakonda “Octagam 10 g”, 3 qutu “Genotropin 12 mg/ml” markalı dərman vasitələri, 8 qutu “Prograft medikal 1,7 MM-60” adlı tibbi vasitələr, 24 ədəd dərman çantası, 4 ədəd 1 litrlik plastik qablaşmada elektron tütün mayesi və üzərində gizlətdiyi təxmini çəkisi 70 qram olan qızıl zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
4
2
azertag.az

10Sources