EN

Baxçalının yaxasındakı nişan gündəm oldu: görün hansı mesajı verib

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı dünən partiyasının qrup toplantısında mühüm açıqlamalar verib.

Publika.az xəbər verir ki, PKK terror təşkilatının lideri Abdullah Öcalanın parlamentə gələrək PKK-nın buraxılmasını təklif etdiyi iclasda Baxçalının yaxasına taxdığı nişan diqqətdən qaçmayıb.

Dəfələrlə istifadə etdiyi aksesuarlarla gündəmə gələn Baxçalı bu dəfə Oğuz Xanın möhürü olan nişanı yaxasına taxıb.

Fərqli türk tayfalarına liderlik edən və bu tayfaları bir araya gətirərək tarixdə türk xalqının birləşməsində mühüm rol oynayan bu nişan suallara səbəb olub.

Chosen
22
publika.az

1Sources