EN

Millimizə yeni baş məşqçi təyin olundu

Kişi boksçulardan ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub.
Azərbaycan Boks Federasiyasından (ABF) Manset.az-a verilən məlumata görə, yığma ötən ildən ABF-də texniki direktor kimi çalışan özbəkistanlı Ravşan Xocayevə tapşırılıb. 44 yaşlı yeni baş məşqçi Özbəkistanın boks üzrə idman ustasıdır. O, məşqçilik fəaliyyətinə 1998-ci ildə başlayıb. Karyerası ərzində Özbəkistan, Asiya, dünya və Olimpiya çempionları yetişdirib. 2016-2023-cü illərdə Özbəkistan Boks Federasiyasının Məşqçilər Şurasında çalışıb. İBA-nın 3 ulduz kateqoriyalı məşqçisi olan Xocayev, həmçinin Özbəkistan Respublikasının əməkdar məşqçisidir. “Dostluq Ordeni” ilə təltif olunub. 2016-cı ildə beynəlxalq mükafatın laureatı olub. Nəzəriyyə, metodika və idman üzrə professor elmi dərəcəsinə malikdir.

Qeyd edək ki, R.Xocayev bu postda müqaviləsi başa çatan kubalı Pedro Rokeni əvəzləyib.

Chosen
9
29
manset.az

10Sources