EN

"Yalı Çapkını"nda sürpriz gözlənilir - FOTO

Türkiyədə Star TV-nin məşhur "Yalı Çapkını" serialında "Halis Korhan" obrazını canlandıran Çətin Tekindor 3-cü sezonun ilk bölümlərində görünməyib. Əvvəlki bölümlərdə İsveçdə olduğu deyilən Halis Korhanın taleyi məlum olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş rollarda Afra Saraçoğlu və Mert Ramazan Dəmirin yer aldığı "Yalı Çapkını" 2 illik bir sıçrayışla, Seyranla Ferit isə yeni həyatlar quraraq üçüncü sezonuna başlayıb.

Yeni sezonun ilk bölümlərində görünməyən serialın "Halis Korhan"ın taleyi ilə bağlı ilk ipucu Kazım Şanlıdan gəlib.

Son bölümdə Kazım Ağa Halis Korhanın İsveçdə olduğunu açıqlayıb. Bunun üzərinə "Çətin Tekindor, "Yalı Çapkını"nın Halis Korhan seriala qayıdır?” sualı maraqla qarşılanıb. Seriala qayıdışı ilə maraqlanan Çətin Tekindorun taleyi məlum olub.

79 yaşlı ustad aktyor Çetin Tekindor tezliklə "Yalı Çapkını"ya qayıdacaq.

Tamaşaçıların Ferit və Seyran obrazlarının serial üçün birləşmək istəyi sosial mediada tez-tez dilə gətirilir. Yeni sezonda hər iki obrazın fərqli sevgi hekayələri ilə görünməsi tamaşaçılardan reaksiya alıb.

Chosen
14
sia.az

1Sources