Gömrük əməkdaşları tərəfindən vətəndaşa məxsus əl yüklərinə stasionar rentgen quruğusunda baxış keçirilib.
Monitorda şübhəli təsvirlər müşahidə olunduğundan vətəndaşa məxsus 5 çamadan və 2 idman çantasında gömrük baxışı aparılıb. Gömrük baxışı zamanı əl yüklərindən 20 qutu "Parlament aqua blue" markalı siqaret, 30 qutu "Marlboro silver blue" markalı siqaret, 1 qutu Guatanamera 5 cristales" markalı tütün, 19 qutu "Al Capone" markalı tütün, 22 ədəd "Marlboro gold" markalı tütün, 2 qutu "GEORGE KARELİAS AND SONS" markalı tütün, 1 ədəd "XOR" markalı mobil telefon, 9 qutu "Promovia HYDRO balance 100 mg", 3 qutu "RİLUTEK 50 mg 56 film tablet", 1 qutu "Peyona 20 mg/ml", 2 qutu "Enbrel MYCLİC 50 mg/ml etanersept", 9 qutu "VİTRELLE 250 mcg/0.5ml", 4 qutu "Aranesp 40 mikrogram", 1 qutu "Letu 2.5 mg letrozol" 12 qutu "Letrol 2.5 mg", 1 qutu "Replax 40 mg", 2 qutu "İmex %3 Merhem 20 g", - 1 qutu "Toujeo 300 U/ml", 2 qutu "Ventolin 2 mg/5ml şurup", 1 qutu "Lithuril 300 mg 100 kapsül", 2 qutu "Saxenda 6 mg/ml 3 kalem", 2 qutu "Gardasil 9", 4 qutu "MOFECEPT 500 mg/ml", 1 qutu "Tegretol 100 mg/5ml", 7 qutu "Famera 2.5 mg", 4 qutu "Antepsin 1g/5ml", 1 ədəd flakonda "Octagam 10 g", 3 qutu "GENOTROPİN 12 mg/ml" markalı dərman vasitələri, 8 qutu "PROGRAFT MEDİKAL 1.70 MM-60" adlı tibbi vasitələr, 24 ədəd dərman çantası, 4 ədəd 1 litrlik plastik qablaşmada elektron tütün mayesi və üzərində gizlətdiyi təxmini çəkisi 70 qram olan qızıl zinət əşyaları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.