EN

Keçmiş prezidentdən rep performansı - VİDEO

"Without Me", "Superman", "Lose Yourself" və bir çox digər hit mahnıları ilə tanınan 51 yaşlı məşhur reper Eminem seçki yarışında Kamala Harrisi dəstəklədiyini açıqlayıb.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. O həmçinin öz doğulduğu şəhər Detroitdə keçirilən tədbirdə ABŞ-nin keçmiş prezidenti Barak Obama ilə görüşüb. Çıxışında reper bu seçkinin demokratiyanın gələcəyi üçün nə qədər əhəmiyyətli olduğunu ifadə edərək Obamanı təqdim edib. Obama səhnəyə çıxaraq Eminemin "Lose Yourself" mahnısından bəzi hissələri oxuyub.

 

 
 
Chosen
18
manset.az

1Sources