EN

Məşhurlar İlon Maskı oğurluqda ittiham edirlər

Məşhurlar

Hollivudun ən maraqlı kino əsərlərindən biri sayılan "Ülgüc üzərində qaçan 2049" filminin prodüserləri "Tesla" şirkətini, onun rəhbəri İlon Maskı və "Warner Bros.Discovery" kino şirkətini ittiham ediblər. Onlar filmin istehsalçıları kimi müəlliflik hüquqlarının pozulduğunu bildirirlər.

Reyting.az
xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"Ülgüc üzərində qaçan 2049" adlı ekran əsərinin prodüserlərinin dediklərinə görə, filmin istehsalında yaxından iştirak etmiş "Alcon Entertainment" kinostudiyası, İlon Mask, həmçinin onun rəhbərlik etdiyi "Tesla" avtomobil şirkəti, eləcə də media konqlomeratı kimi qəbul edilmiş "Warner Bros" bilərəkdən bu baxımlı filmin bütün hüquqlarını tapdayıblar.

Filmin müəlliflik hüququnu əldə etmiş bir kinostudiya kimi çoxlu tamaşaçı toplayan "Ülgüc üzərində qaçan 2049" adlanan bu kassa filminin çəkilişlərinə cavabdeh olan istehsalçılar qismində prodüserlər qrupu Los-Anceles Şəhəri Məhkəməsində iddia da qaldırıblar.

Prodüserlərin iddia edirlər ki, film çəkilişlərində iştirak etmiş və tərəfdaşlıq öhdəliyi götürən "Alcon Entertainment" kino studiyası 2024-cü il, oktyabr ayının 10-da İlon Maskın böyük bir layihəsi olan "Tesla Robotaxi" təqdimatının yayımında "Ülgüc üzərində qaçan 2049" adlı filmin distribyutoru olaraq fəaliyyət göstərmiş və əsas sima sayılan "Warner Brose" kino şirkətinin bu filmin kadrlarından istifadə tələbini rədd edib.

İddiaçıların fikrincə, "Tesla" şirkəti ilə ən yüksək səviyyədə əməkdaşlığı, ortaqlığı düşünməyi arzulayan hər hansı bir brend ehtiyatlı Maskın geniş yayılmış, eləcə də çox siyasiləşmiş, həmçinin qəliz və bəzən də tamamilə özbaşına davranışını mütləq nəzərə almalı idi ki, bu da hərdən qəzəbə gətirib çıxarır.

Prodüserlər bildiriblər ki, çox kobud səhvə yol verilib və burada da məsuliyyət daşıyanlar var, çünki iş adamı kimi milyarder Maskın dedikləri dəhşətlə doludur və nifrət nitqinə bərabərdir.

Nəticədə, studiyadan verilən məlumata görə, elektromobil istehsalçısı təqdimat zamanı süni intellektin yaratdığı və filmin kadrını təkrarlayan görüntüdən istifadə etməli olub. Bu addım açıq-aşkar sübut edir ki, Maskın ona verilən "yox" cavabı qətiyyən milyarderi qane etməyib və iş adamı süni intellektin köməyi ilə plagiatlığa (ədəbi oğurluğa) əl atıb.

İddia konkret zərər məbləğini göstərmir. Lakin "Alcon Entertainment" studiyasının "Ülgüc üzərində qaçan 2049" filminin bu brendini yaratmaq üçün "yüz milyonlarla dollar" xərclədiyini, hətta onu bu addıma görə ittiham edənlərə, prodüserlərə qarşıbelə bir iddia da irəli sürüb ki, əslində bu heç nəyi dəyişməyəcəkdi. İttiham olunan şirkət "mənimsəmənin maliyyə həcminin əhəmiyyətli olduğunu" deməklə mövcud durumunu müdafiə etməyə çalışıb.

"AlconEntertainment" kino studiyası bu məhkəmə qalmaqalının tam əleyhinədir. Şirkət qorxur ki, prodüserlərin emosional və tələsik, düşünülməmiş addımı, həm də ittiham edənlərin və ittiham olunanlarınhərəkətləri tərəfləri birmənalı olaraq əsl müttəhimə çevirə bilər.

Prodüserlər qrupunun məhkəmə səs-küyü studiyanın müştəriləri, "Ülgüc üzərində qaçan 2049" filminin brendinin tərəfdaşları, həmçinin "Amazon Prime" üçün "Ülgüc üzərində qaçan 2099" yeni miniseriyasını istehsal etməkdən ötrü bu şirkətlə işləyənlər arasında çox böyük və maliyyə ziyanı gətirə biləcək bir çaşqınlıq yarada bilər.

Oktyabrın əvvəllərində İlon Mask, eləcə də sahibi olduğu "Tesla" şirkəti "Warner Bros" studiyasının pavilyonunda keçirilən təqdimatda Kaliforniyadakı "Discovery" şirkətinin iştirakı ilə "Cyberсab" taksisini təqdim etmişdi. Bu tədbirdə həmçinin avtonom "Robovan" furqonu, "Optimus" robotları nümayiş etdirilmişdi.

Məhz bir neçə dəfə keçirilən belə böyük və təntənəli tədbirlərdən sonra İlon Maskın Hollivud studiyalarını onların ideyaları ilə birgə alması, eləcə də böyük kino layihələrini maliyyələşdirmək adı ilə sərfəli vədlər verməklə əməkdaşlığa cəlb etməsi barədə söz-söhbətlər yayılmışdı.

Xatırladaq ki, prodüserlərin İlon Maskın gizlicə kinostudiyaları ələ almaqla daha sonra istehsal edilmiş filmlərin ideyalarınıicazə almadan mənimsəməsi və oğru kimi davranması ilk ittiham deyil. Bir müddət öncə "Mən, Robotam" filminin rejissoru Aleks Proyas da Maskı tənqid etmişdi. Rejissor bildirmişdi ki, onun məhsullarının hamısı, androidləri, taksiləri, həmçinin də "Tesla" avtomobilləri, maşın furqonunun görünüşü, robotları filmlərdən oğurlanan ideyalar nəticəsində meydana gəlib.

Oqtay QORÇU
Chosen
20
reyting.az

1Sources