Oktyabrın 22-nə keçən gecə Sabunçuda tunelə yağış sularının dolması nəticəsində həyatını itirən şəxslər dəfn edilib.
“Qafqazinfo” xəbər verir ki, 48 yaşlı Elnur Fazil oğlu Şirinovun nəşi Kürdəmir şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Elnur və Köçəri ticarətlə məşğul olurmuş. Onlar “Ford Transit” markalı kiçiktutumlu yük maşını ilə tuneldə qalıblar və keçidin su ilə dolması nəticəsində boğularaq vəfat ediblər.
Baş vermiş hadisə ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılır.