EN

Sabahın havası açıqlandı

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, havanın temperaturu gecə 9-11° isti, gündüz 15-19° isti olacaq .Atmosfer təzyiqi 775 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-4° şaxta, yüksək dağlıq ərazilərdə 4-7° şaxta, gündüz 1-6° isti olacaq.
"Cebheinfo.az"

Chosen
4
49
cebheinfo.az

10Sources