EN

Kriştianu Ronaldu yenidən "Mançester Yunayted"ə qayıdacaq?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Mançester Yunayted"in sabiq futbolçusu Mikael Silvestr həmkarı Kriştianu Ronaldu ilə bağlı maraqlı açıqlama verib.
Oxu.Az "Goal"a istinadən xəbər verir ki, mütəxəssis bunları söyləyib:
"Kriştianu Ronaldunun "Mançester Yunayted" azarkeşləri ilə yenidən görüşməsi an məsələsidir. Lakin bu, yaxın zamanda baş verməyəcək. O, klubun əfsanəsidir. Onun yenidən "Old Trafford"da görünməsi fantastik olardı. Lakin bu barədə düşünmək hələ tezdir"
Qeyd edək ki, portuqaliyalı ulduz futbolçu 2003-2009 və 2021-2022-ci illərdə "qırmızı şeytanlar"ın uğurları üçün çalışıb.
Chosen
12
42
oxu.az

10Sources