EN

Müğənni xəstəliyindən söz açdı: Mənə zövq verir

Müğənni Elvin Mirzəzadə müalicəsi olmayan xəstəliyindən danışıb.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu barədə o, “Xəzər axşamı” verilişində söz açıb:

“Vitiliqo xəstəliyidir. Piqmentin itməsidir. Haradasa 21-22 yaşlarımdan başladı, mərhələ-mərhələ çoxaldı. Səbəbi də, müalicəsi də bəlli deyil. Hər bir orqanizm fərqlidir. Sadəcə qarşısını almaq mümkün deyil. Kefinə düşəndə yayılır. Daha çox immun sistemi ilə əlaqəlidir. Maykl Ceksonda da bu xəstəlik olub. Sadəcə qaradərili olduğu üçün onda daha çox büruzə verib. Mən də özümü günə verəndə daha çox görünür. Səhhətimə heç bir təsiri yoxdur. Qətiyyən kompleks keçirmirəm. Əksinə, mənə zövq verir, belə xoşbəxtəm”. 


Telegram kanalımız
Chosen
7
17
yenisabah.az

10Sources