EN

DİQQƏT: Artıq üztanıma ilə də ödənişlərə başlanılacaq

Azərbaycan dəmiryollarında üztanıma ilə ödənişlərə başlanılacaq. SİA xəbər verir ki, bu barədə “AzinTelekom”un məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədihəsənli “Dayanıqlı mikromaliyyə üçün innovativ həllər” mövzusuna həsr edilmiş konfransda çıxışı zamanı deyib.

O bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıq çərçivəsində inteqrasiyaların həyata keçirilməsi gözlənilir: “Bundan sonra dəmiryolu stansiyalarında “Sima Pay”lə ödəniş etmək mümkün olacaq”.

Chosen
11
19
sia.az

10Sources