EN

ADY stansiyalarında ödənişlər üztanıma ilə həyata keçiriləcək

"Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) stansiyalarında ödənişlər tezliklə üztanıma ilə həyata keçiriləcək.

"Operativ Media" xəbər verir ki, bunu "AzİnTelekom" MMC-nin nümayəndəsi Tamerlan Məşhədihəsənli deyib.

O bildirib ki, artıq ADY ilə bu prosesə başlanılıb: “Bu, yaxın vaxtlarda həyata keçiriləcək. Yəni ADY-nin stansiyalarında ödənişlərin həyata keçirilməsi üztanıma ilə olacaq. Bundan başqa, binaların girişlərində bu sistemlərin istifadəsi üzərində də işlər gedir”.

O qeyd edib ki, şirkət daxilində bunun testlərini aparılır: “Testlər uğurlu olsa, növbəti ildən bunun yerli bazarda satışına başlayacağıq”.

Chosen
1
3
operativmedia.az

4Sources