EN

Rayonlarımızın işğaldan azad edilməsi Orduda ruh yeksəkliyini artırdı- ÖZƏL

"Hər bir rayonun işğaldan azad edilməsi Azərbaycan Ordusunda ruh yüksəkliyini daha da artırır, qarşı tərəfin isə mənəvi cəhətdən böyük zərbə almasına gətirib çıxarırdı". "Olaylar" xəbər verir ki, bunu YAP Neftçala rayon təşkilatının sədri Ulvi Fərzəliyev deyib: "Qubadlı Ermənistanla dövlət sərhədində yerləşir. Zəngilandan sonra Azərbaycan Ordusu sərhəd rayonlarının azad edilməsini və Ermənistanla sərhədin bərpasını genişləndirərək uğurlu döyüş əməliyyatları  aparırdı. Ərazi baxımından Qubadlı çox çətin relyefə malikdir, dağlıq, meşəlik, çaylıq ərazidir. Qubadlıda döyüşlər aparmaq və əraziləri azad etmək həm taktiki, həm də strateji cəhətdən çox əhəmiyyətli idi. Digər tərəfdən Qubadlı rayonundan sonra Laçın gəlirdi. Qubadlının dəhlizə yaxın olması rayonun əhəmiyyətini daha da artırırdı. Qubadlı istiqamətində dağlıq, meşəlik ərazilərlə  məhdud yol şəbəkəsi var idi. Bu ərazinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi o istiqamətdə düşmənin yollardan istifadə etmə imkanını məhdudlaşdırırdı. Qubadlı rayonunun azad edilməsi xəbəri xalq tərəfindən də böyük sevinclə qarşılandı. Bundan sonra Silahlı Qüvvələrimiz üçün Laçın ətrafında, rayonun işğaldan azad edilməsi uğrunda növbəti döyüşlərin, əməliyyatların aparılması üçün geniş imkanlar yarandı. İşğaldan azad olunan hər bir rayon bizi zəfərə doğru apardı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
24
olaylar.az

1Sources