EN

12 nəfərin 76 min manatını ələ keçirən maklerin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Əlizadə Xaliq Mehdi oğlunun məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

"Unikal"ın məlumatına görə, anket məlumatlarına görə, Əlizadə Xaliq Mehdi oğlunun Şərur rayonunun Sədərək qəsəbəsində anadan olduğu məlum olub. Əvvəllər Xəzər rayon Məhkəməsinin hökmü dələduzluq maddəsi ilə məhkum olunub, məhkumluğu ödənilməyib. Ramana qəsəbəsində torpaq alqı-satqısı ilə məşğul olub. 

Sonra zərərçəkən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin sonrakı gedişində təqsirləndirilən şəxsin vəkili İlham Əsədov cinayət məcəlləsinin düzgün tövsif olunmadığı üçün vəsatət verərək cinayət işinin yenidən ibtidai istintaqa qaytarılmasını istəyib.  Dövlət ittihamçısı Eldar Həmzə vəkilin vəsatətininin qəbul olunmasına etiraz edib. Hakimlər məhkəmə baxışının  qəbul olunması ilə bağlı qərar qəbul ediblər.  Cinayət işində 12 nəfər zərərçəkmiş qismində tanınıb və ümumi dəymiş ziyanın məbləği 76 min manatdır. 

Məhkəmə prosesinin ilkin baxış iclası noyabr ayının ayının 6-na təyin edilib. 

İttiham aktına görə, Xaliq Əlizadə Sabunçu rayonu, Ramana qəsəbəsində özünə məxsus olmayan 38 sot  torpağı 12 nəfərə ev tikmək adı ilə satıb. Bir müddət sonra torpağın əsl sahibi peyda olub və Xaliqdən torpağ alan şəxslər məcbur olub şikayət ediblər.

Seymur Əli

Chosen
7
32
unikal.az

10Sources