EN

Azərbaycanda güzəştli kreditləşmə tamamilə elektron platforma vasitəsilə həyata keçiriləcək

Bakı. Trend:

Azərbaycanda güzəştli kreditləşmə mexanizminin tamamilə elektronplatforma vasitəsilə həyata keçirilməsi planlaşdırılır.

Trend xəbər verir ki, bunuAzərbaycan İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafıFondunun İdarə Heyətinin sədri Osman Xaliyev Bakıda keçirilən“Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusuna həsredilmiş Mikromaliyyə konfransında bildirib.

"Azərbaycanda güzəştli kreditləşmə mexanizminin tamamiləelektron platforma vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Buistiqamətdə işlər artıq başa çatmaq üzrədir. Bu addım,sahibkarların maliyyəyə, xüsusilə də güzəştli kreditlərə çıxışınıasanlaşdırmağa yönəldilib. Biz daha çox sahibkar və kredittəşkilatları ilə əməkdaşlığa çalışırıq. Son illərdə atılan addımlarnəticəsində, mikromüəssisələrin və kiçik və orta sahibkarların Fondtərəfindən təqdim olunan güzəştli kreditlərdəki payı həm say, həmdə məbləğ baxımından artıb", - Osman Xaliyev bildirib.

Chosen
8
az.trend.az

1Sources