EN

Kazanda İlham Əliyev görün necə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRİKS Sammitinin “Outreach”/“BRİKS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə gedib.

Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevi Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun xüsusi və səmimi qarşılaması diqqət çəkib.

Prezident Əliyev milli tatar yeməyi çək-çəkə (xəmirdən və baldan hazırlanan qida. Türk xalqlarına məxsus milli yeməkdir, daha çox başqırd, tatar və qazaxlar istifadə edir – red.) qonaq edilib.

Sözügedən görüntüləri təqdim edirik:


Müəllif: Teleqraf.com
Chosen
24
3
teleqraf.com

4Sources