EN

Putin Kazana gələn liderlərin hamısı ilə “tet-a-tet” görüşdü

Rusiya Prezidenti Vladimir Putin çərşənbə axşamı BRİKS sammitində iştirak etmək üçün Kazana gələn demək olar ki, bütün liderlərlə “tet-a-tet” söhbət edib.
Axar.az xəbər verir ki, bu sözləri Putinin köməkçisi Yuri Uşakov deyib.

Putin çərşənbə axşamı BRİKS sammiti çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib və axşam Rusiya prezidenti Kazana gələn ölkələrin liderləri ilə qeyri-rəsmi nahar edib.

Uşakovun sözlərinə görə, şam yeməyi zamanı liderlər Kazan, Tatarıstan, tarix və Volqa çayı haqqında - onun rus xalqı üçün əhəmiyyətindən danışıblar.

"Sonra biz BRİKS sammitinə birbaşa aid olan bir sıra mövzulara toxunduq", - Uşakov bildirib.

Qeyd edək ki, BRİKS sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçirilir. Tədbirdə ən azı 26 dövlətin başçıları da daxil olmaqla, ümumilikdə 33 beynəlxalq nümayəndə heyətinin iştirakı gözlənilir. Artıq Hindistanın Baş naziri Narendra Modi, Çin Xalq Respublikasının sədri Si Szinpin, İran Prezidenti Məsud Pezeşkian, Misir lideri Sisi də daxil olmaqla, bir çox lider Kazandadır.

Prezident İlham Əliyev də az öncə Kazana səfər edib.
Chosen
2
2
sherg.az

3Sources