EN

Türkiyədən Azərbaycan vətandaşları 600-dən çox daşınmaz əmlak alıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 604 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 38 obyekt azdır.

Bu barədə TurkicWorld-a Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 87 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin sentyabr ayı ilə müqayisədə 11 obyekt azdır.

Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında Türkiyədə 140 min 919 mənzil satın alınıb ki, bu da 2023-cü ilin sentyabr ayı ilə müqayisədə 37,3 faiz çoxdur.

Məlumata görə, 2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyədə 947 min 236 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz çoxdur.

2024-cü ilin sentyabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 22 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 31 faiz azdır.

Bu ilin yanvar – sentyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 17 min 90 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 39,1 faiz azdır.

Chosen
12
5
turkic.world

10Sources