EN

Putin BRİCS-ə gələn liderlərlə təkbətək görüşdə bunları müzakirə etdi...

Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı BRİCS sammitində iştirak edən bütün liderlərlə təkbətək söhbət edib.

Modern.az xəbər verir ki, bu barədə dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.

Çərşənbə axşamı Putin BRİKS sammiti çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib və axşam Rusiya prezidenti Kazana gələn ölkələrin liderləri ilə qeyri-rəsmi nahar edib.

Uşakovun sözlərinə görə, şam yeməyi zamanı liderlər Kazan, Tatarıstan, tarix və Volqa çayı haqqında - onun rus xalqı üçün əhəmiyyətindən çox danışıblar.

"Sonra BRİCS sammitinə birbaşa aid olan bir sıra mövzulara toxunulub", - Uşakov bildirib.

Qeyri-rəsmi şam yeməyi zamanı Ukrayna mövzularının müzakirə edilib-edilməməsi ilə bağlı aydınlaşdırıcı suala o, müsbət cavab verib.

“Sonra da bir maraqlı şey oldu ki, liderimiz təkbətək formatda söhbətlər aparmağa nail oldu”, - Rusiya prezidentinin köməkçisi bildirib.

Xatırladaq ki, BRİCS sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçirilir. Tədbirdə azı 26 dövlətin başçısı da daxil olmaqla ümumilikdə 33 beynəlxalq nümayəndə heyətinin iştirakı gözlənilir.

Chosen
27
14
modern.az

10Sources