EN

Almaniyada “Mpox” virusunun yeni variantı aşkar edilib

Bakı,TurkicWorld

Çempionlar Liqasının üçüncü turunda Barselona, Bavariya ilə qarşılaşacaq.

TurkicWorld xəbər verir ki, bu gün Çempionlar Liqasının üçüncü turuna yekun vurulacaq.

Turun mərkəzi qarşılaşması İspaniyada keçiriləcək. Katalon klubu evində Alman nəhəngini qəbul edəcək.

Görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Barselonanın heyətində Andreas Christensen, Ronald Araujo, Ferran Torres və Marc-Andre ter Stegen zədə səbəbindən oyunu buraxacaq.

Bavariyanın heyətində isə Sacha Boey, Josip Stanisic, Aleksandar Pavlovic və Hiroki İto zədə səbəbindən qarşılaşmada iştirak edə bilməyəcək.

Qeyd edək ki, tərəflər sonuncu dəfə 2022 ci ildə Çempionlar Liqasının qrup mərhələsində qarşı-qarşıya gəliblər. Həmin oyunların hər ikisində Bavariya qalib gəlib(2-0, 0-3).

Chosen
16
turkic.world

1Sources