EN

SİF: Son üç ildə 3,2 milyard manat güzəştli kredit verilib

Bakı, 23 oktyabr, AZƏRTAC

Sahibkarlığın İnkişafı Fondu 2022-ci ildən bu günədək 50 mindən çox müraciət əsasında 3,2 milyard manat güzəştli kredit verib.

AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev Bakıda keçirilən “Dayanıqlı mikromaliyyə üçün innovativ həllər” konfransında çıxışı zamanı deyib.

“Hazırda fond 40 müvəkkil kredit təşkilatı ilə əməkdaşlıq edir. Bu il güzəştli kreditlərin 99 faizi mikro, kiçik subyeklərin payına düşür. Fondun bu il təqdim etdiyi güzəştli kreditlərin 76 faizi regionların payına düşüb”, - deyə O.Xaliyev qeyd edib.

 

Chosen
17
1
azertag.az

2Sources