EN

Ən güclü kros qaçışçıları

Kros qaçışı üzrə payız ölkə çempionatının qalibləri müəyyənləşib.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Göygöldə keçirilən yarışda kişilər arasında 10 kilometr məsafəyə qaçışda Bərdə idmançısı Bəxtiyar Əsgərli 1-ci yeri tutub.

İsmayıllı təmsilçisi Valeri Qrubski 6, İsgəndər Əsgərov və Rihad Mustafayev isə 3 və 2 kilometr məsafələr üzrə qalib adını qazanıblar. Qadınlar arasında 6 kilometr məsafəyə qaçışda Anna Yusupova növbəti dəfə qızıl medal qazanıb. Milana Xəlilova 4, Zəhra Şirəliyeva 2, Nila Heydərova isə 1 kilometr məsafələr üzrə Azərbaycan çempionu olublar. 10 kilometr məsafəyə qaçışda 40 yaşdan yuxarı atletlər arasında Elmir Əsgərov, 50 yaşdan yuxarı idmançıların mübarizəsində isə Dmitri Liyakov fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.

Qeyd edək ki, yarışda 200-ə yaxın atlet gücünü sınayıb.

Leyla QURBANOVA
XQ

Chosen
11
3
xalqqazeti.az

6Sources