EN

“COP atəşkəsi”nə çağırış geniş dəstək qazanır

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev yerli mediaya müsahibəsində Azərbaycanın iqlim konfransında müzakirə məqsədilə irəli sürdüyü 14 təşəbbüsdən birinin “COP atəşkəsi” çağırışı olduğunu bildirib.

Muxtar Babayev hesab edir ki, bu təşəbbüs həm müxtəlif ölkələrin və beynəlxalq təşkilatların, xüsusilə də cəmiyyətlərin müxtəlif təbəqələrinin nümayəndələrinin marağındadır: “Yüzlərlə beynəlxalq təşkilat və onlarla ölkə Azərbaycanın bu “COP atəşkəsi” çağırışına qoşulub. Fikrimcə, xüsusilə belə bir vaxtda bu təşəbbüs, bütövlükdə, regionun maraqlarına cavab verir”.

COP29-un müəyyən olunmuş prezidenti təəssüflə qeyd edib ki, bu gün dünyada 52 münaqişə ocağı var. Təsəvvür edin, qlobal miqyasda 52 münaqişə mövcuddur! Bu isə o deməkdir ki, bütün bu hərbi fəallıq təkcə insan itkilərinə deyil, həm də tonlarla buxar emissiyasının atmosferlə təmasına səbəb olur. Bu istiqamətdə həyata keçirilən bütün fəaliyyətlər və atmosferə buraxılan tullantılar həm iqlimə, həm də təbiətə mənfi təsir göstərir. Məhz buna görə də iqlim konfransı Azərbaycan üçün son dərəcə mühüm önəm daşıyır.

 

Chosen
4
4
xalqqazeti.az

5Sources