EN

Tərəf müqabili oldular

"Kral kaybederse" adlı serialda rol alacaq məşhur aktyor Halit Ergençin tərəf müqabili aktrisa Merve Dizdar olub. SİA xəbər verir ki, 2017-ci ildən serial olaraq ekrana uyğunlaşdırılması planlaşdırılan, lakin davamlı olaraq təxirə salınan əsər, nəhayət, bu sezon ekranlarda olacaq. Star TV üçün rejissor Taylan Biraderlerin ekranlaşdırdığı serialda "Kənan" obrazını Halit Ergençin canlandıracağı açıqlanıb.

Kənanın aşiq olduğu, barda ofisiant işləyən "Fadi" rolu üçün bir çox məşhurla görüşmələr aparılıb və bu rol üçün Merve Dizdarla razılığa gəlinib. Merve Dizdar Adanada çəkilən "Maqarsus" serialının çəkilişlərini bitirən kimi İstanbula gələcək və "Fadi" roluna hazırlaşmağa başlayacaq.

Serialın digər önəmli obrazı, Kənanın həyat yoldaşı "Handan" rolu üçün isə məşhur aktrisalar ilə danışıqlar davam edir.

Chosen
25
sia.az

1Sources