EN

Bu halda Ukrayna NATO- ya qəbul ediləcək – “Le Monde”

Fransanın “Le Monde” qəzeti yazır ki, əgər  Harris ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gəlsə, o zaman hazırkı prezident Co Bayden Ukraynanın NATO-ya üzvlüyünə dəvət prosesinin təşəbbüskarı ola bilər. Qəzet qeyd edir ki, oktyabrın 12-də Berlində keçirilən görüşdə ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın nümayəndələri Ukraynanın NATO-ya dəvət olunması ilə bağlı müxtəlif fikirlər səsləndiriblər. Kiyev isə öz növbəsində iddia edir ki, onun NATO-ya daxil olması ən yaxşı təhlükəsizlik zəmanəti ola bilər.

ABŞ məsələdə problem görmür, Almaniya isə buna qarşı çıxır. Le Monde-un diplomatik mənbəsi bildirib ki, Harris ABŞ-da qarşıdan gələn prezident seçkilərində qalib gəlsə, o zaman onun andiçmə mərasimindən əvvəl Bayden yanvarın əvvəlində Ukraynanı NATO-ya dəvət edə bilər. Lakin Donald Tramp qalib gəlsə, Baydenin bu addımı vəziyyəti daha da gərginləşdirə bilər.

Chosen
53
24
veteninfo.az

10Sources