"Alimlərin bu uğuru onkoloji xəstəliklərlə yeni effektiv mübarizə metodlarının işlənib hazırlanmasını yaxınlaşdırır və yüksək effektli dərman preparatlarının yaradılmasına yol açır..."
Qüdsün Yəhudi Universiterti, Veytsman İnstitutu və Tokio Universitetinin tədqiqatçlılar komandası xərcənglə mübarizədə mühüm sıçrayışa nail olub.
E-saglam.az xəbər verir ki, bu barədə "cursorinfo.co.il" nəşri yazıb.
Alimlər metastazların yayılmasının qarşısını almaq iqtidarında olan yeni preparat işləyib hazırlayıb, bu da xərçəngin aqressiv formalarının müalicəsini xeyli yaxşılaşdıra bilər.
Onkoloji xÉ™stÉ™liklÉ™rinin inkiÅŸafında hÉ™lledici problemlÉ™rdÉ™n biri MMP7 fermentidir, bu ferment ÅŸiÅŸin É™traf toxumalara nüfuz etmÉ™sinÉ™ vÉ™ digÉ™r orqanlara metastaz etmÉ™sinÉ™ kömÉ™k edir.Â
Alimlər müəyyən edib ki, bu fermentin fəallığının əngəllənməsi mədəaltı vəzin xərçəngi kimi xərşəngin aqressiv formalarının inkişafını xeyli azalda bilər.
Nüfuzlu "Angewandte Chemie İnternational Edition" elmi jurnalında dərc edilən tədqiqatda deyilir ki, MMP7 fermenti çoxdandır ki, onkoloji xəstəliklərin müalicəsində prioritet hədəfdir. Lakin yalnız bu fermentin aktivliyinin qarşısını almaq üçün spesifik preparatlar yaradılması böyük çətinlik törədib.
Problem ondan ibarətdir ki, MMP7 fermenti orqanizmin normal həyat fəaliyyətində mühüm rol oynayan metalloproteinazlar fəsiləsindən olan fermentlərin bir hissəsidir. Yalnız bu fermenti əngəlləyən, digərlərinə toxunmayan dərman preparatının işlənib hazırlanması hədəfi uzun müddət əlçatmaz olub.
Ä°ndi isÉ™ tÉ™dqiqatçılar yeni sinif molekullar-makrotsiklik peptidlÉ™r yaradıb ki, onlar MMP7 ilÉ™ effektiv olaraq birləşərÉ™k yalnız onun fÉ™allığını É™ngÉ™llÉ™yir, bu zaman baÅŸqa fermentlÉ™rÉ™ toxunmur.Â
Â
D'20 adlandırılan belə peptidlərdən biri 12 modifikasiya olunmuş D-aminturşularından ibarətdir, bu da onun unikal sabitliyini və effektivliyini təmin edir.
Laborator sınaqlar göstərib ki, D'20 peptidi effektiv olaraq MMP7 fermentinin işini əngəlləyir və xərçəng hüceyrələrinin inkişafının qarşısını alır, normal, sağlam hüceyrələrə isə təsir göstərmir.
Üstəlik, bu peptid insan orqanizmində yüksək dayanıqlığını nümayiş etdirib, bu da onun gələcək dərman preparatı kimi potensialını təsdiq edir. Bu peptid hətta həzm sistemini imitasiya edən mürəkkəb şəraitlərdə və qanla təmasda öz xassələrini saxlayır.
Yeni peptidin yüksək sabitliyi onun uzunmüddətli müalicə prosesində istifadə edilməsində böyük perspektivlər açır, bu da mədəaltı vəzin xərçəngi kimi xərçəngin ağır formalarının müalicəsində xüsusilə vacibdir.
Alimlərin bu uğuru onkoloji xəstəliklərlə yeni effektiv mübarizə metodlarının işlənib hazırlanmasını yaxınlaşdırır və yüksək effektli dərman preparatlarının yaradılmasına yol açır. (moderator.az)
E-saglam.az