EN

BRICS ölkələri Ukrayna ilə bağlı RAZILAŞDILAR: "Buna heç kimin etirazı yoxdur"

BRICS-ə üzv ölkələr Kazan sammitinin yekun bəyannaməsinə daxil ediləcək Ukrayna ilə bağlı redaksiyanın hazırlanmasında razılığa gəliblər.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Birinci Kanal"da Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib .

"Oradakı ifadə artıq razılaşdırılıb, buna heç kimin etirazı yoxdur. Bəyannaməyə daxil edilməsi üçün razılaşdırılmış ümumi mövqe, ümumi yanaşma var", - Uşakov deyib.

Baş naziri Narendra Modi BRICS sammitində Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib ki, Hindistan Ukraynadakı münaqişənin tezliklə sülh yolu ilə həllinin tərəfdarıdır və hərbi əməliyyatların dayandırılması üçün istənilən yardımı göstərməyə hazırdır.

BRICS-in Kazan sammiti oktyabrın 22-də başlayıb. Tədbir oktyabrın 24-dək davam edəcək. İclasda ilk dəfə olaraq assosiasiyaya yeni üzv ölkələr iştirak edəcək.(publika.az)

Chosen
28
14
olke.az

10Sources