EN

Asiya Çempionlar Liqası: Ronaldulu "Əl-Nəsr" qələbə qazanıb

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" kollektivi Asiya Çempionlar Liqasının III turunda qələbə qazanıb.

"Far.Az" xəbər verir ki, Stefano Piolinin rəhbərlik etdiyi komanda doğma meydanda İranın “İstiqlal” klubuna 1:0 hesabı ilə qalib gəlib.

"Əl-Nəsr"in yeganə qolunu 81-ci dəqiqədə Emerik Laport rəqib qapısından keçirib.

Qeyd edək ki, Ronaldu bu görüşdə iştirak edib.

Chosen
6
2
far.az

3Sources