EN

Müdafiə Nazirliyinin rəhbərliyi “SAHA EXPO 2024” sərgisinin açılış mərasimində iştirak edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası müdafiə nazirinin müavinləri - Başdirektor cənab Aqil Qurbanov, Quru Qoşunların komandanıgeneral-leytenant Hikmət Mirzəyev və Hərbi Hava Qüvvələrininkomandanı general-leytenant Namiq İslamzadə Türkiyədə keçirilən“SAHA EXPO 2024” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik SənayeSərgisində iştirak etmək üçün qardaş ölkədə işgüzar səfərdədir.

Bu barədə Trend-ə MüdafiəNazirliyindən məlumat verilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyəti,Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler,həmçinin qardaş ölkənin və digər ölkələrin bir sıra dövlət vəhökumət rəsmiləri oktyabrın 22-də İstanbulda təşkil olunan sərgininaçılış mərasimində iştirak ediblər.

Nazir müavinləri sərgidə Müdafiə Sənayesi Nazirliyinintabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə SənayesiHoldinqi” Qapalı Səhmdar Cəmiyyətinin və Müdafiə Nazirliyinintəqdim etdiyi stendlər, həmçinin nümayiş etdirilən digər müasirsilah və döyüş texnikası nümunələri ilə tanış olub, bir sıra şirkətrəhbərləri ilə görüşlər keçiriblər.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində, həmçinin TürkiyəRespublikasının milli müdafiə naziri cənab Yaşar Güler və PrezidentAdministrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri cənab HalukGörgün ilə görüşüb.

Görüşlərdə dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslananAzərbaycan-Türkiyə hərbi əlaqələrinin daha da genişləndirilməsinədair ətraflı fikir mübadiləsi aparılıb. Ölkələrimiz arasında hərbi,hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti,inkişaf perspektivləri və digər məsələlər müzakirə edilib.

Müdafiə
Müdafiə
Müdafiə
Müdafiə
Müdafiə
Müdafiə
Müdafiə
Chosen
5
10
az.trend.az

10Sources