EN

Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi SAHA EXPO-2024 sərgisinin açılışında iştirak edib

Azərbaycan müdafiə nazirinin müavinləri – Baş direktor Aqil Qurbanov, Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev və Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyədə keçirilən SAHA EXPO-2024 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak etmək üçün qardaş ölkədə işgüzar səfərdədir.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti, Türkiyənin milli müdafiə naziri Yaşar Güler, həmçinin qardaş ölkənin və digər ölkələrin bir sıra dövlət və hökumət rəsmiləri oktyabrın 22-də İstanbulda təşkil olunan sərginin açılış mərasimində iştirak ediblər.

Nazir müavinləri sərgidə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən ““Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin və Müdafiə Nazirliyinin təqdim etdiyi stendlər, həmçinin nümayiş etdirilən digər müasir silah və döyüş texnikası nümunələri ilə tanış olub, bir sıra şirkət rəhbərləri ilə görüşlər keçiriblər.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində, həmçinin Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşüb.

Görüşlərdə dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə hərbi əlaqələrinin daha da genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb. Ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və digər məsələlər müzakirə edilib.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

206a5308a29576bc0a0ad86258646d6f

5fd06f5a7a80327d8312f1773b8196c0

004825f7d46e8bb2a6da6afdadbad25d

3dad369af84a2f24c03e4d80a30a18d4

f7b74b16564ee01b056674a41470621e

4d8d232098daa38c3eef4304edca7cd2

Chosen
9
10
poliqon.az

10Sources