EN

Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" komandası qalib gəlib - Asiya Çempionlar Liqası

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" kollektivi Asiya Çempionlar Liqasının III turunda qələbə qazanıb. 

Missiya.Az "Report"a istinadən xəbər verir ki, Stefano Piolinin rəhbərlik etdiyi komanda doğma meydanda İranın “İstiqlal” klubuna 1:0 hesabı ilə qalib gəlib.

"Əl-Nəsr"in yeganə qolunu 81-ci dəqiqədə Emerik Laport rəqib qapısından keçirib. 

Chosen
9
2
missiya.az

3Sources