EN

Rezonans qanunları

  • Rezonans qanunu kainatdakı hər şeyin titrəşim vasitəsiylə bir-biriylə əlaqə halın(d)a gəlməsidir (olmasıdır).
  • Bədənimizin hər bir hüceyrəsi də daxil olmaqla dünyadakı bütün nəsnələrin (yaradılışların) özlərinə xas titrəşimi vardır.
  • Əgər istədiyimiz nəticələri əldə etməyə çalışırıqsa, düşüncələrimizi, duyğularımızı və inanclarımızı diqqətdə saxlayıb, yönləndirməklə başlamalıyıq. Çünki, istəklərimiz və düşündüklərimizlə rezonans sahəsi yaradaraq onlara nail ola bilərik.
  • Rezonans qanununu qavrayib, onu anlamağa başladığımızda istəklərimizə nail olacayıq.
  • İnsan həyatını dəyişdirməməsinin əsl səbəbi bunu bacara bilməyəcəyinə özünü inandırmış olmasıdır.
  • Həyatımızın senarisini özümüz -beynimizdə olan inanclarımız yazır.
  • Son araşdırmalar göstərmişdir ki, bizim beynimizdə olan fikirlər nəinki bizi, hətta ətrafımızı da təsirləndirir.
  • Düşüncə gücümüz və hisslərimizlə həyatımızda olmasını istədiyimiz bütün dəyişiklikləri edə bilmək imkanına malikik.
  • Çatmaq istədiyimiz hədəflərimizlə aramızda enerji yoluyla möhkəm və aktiv bir əlaqə qura bilsək, onda gözləməyə ehtiyyac yoxdur.
  • Özümüzü tərki-dünya hesab etmək yerinə, dünyanın bir parçası hiss etdiyimizdə arzularımız reallaşmağa başlayır.
  • Mövcud rezonans mühitindən faydalanmaq üçün etməli olduğumuz bircə hərəkət arzu etdiyimiz enerjiyə yönəlməkdir.
  • Bədənimizi də arzuların nəticəsinə hazırlamalıyıq.
  • Özünüzü arzularınızı gerçəkləşdirə biləcəyiniz səmtdə inkişaf etdirin.
  • Arzu etdiyimiz hər şeyin, çatmaq istədyimiz bütün hədəflərin təməlləri artıq daxilimizdə vardır. Düşüncədə təməli olmayan heç bir fikir arzulana bilməz və titrəmə dalğalarını hərəkətə gətirə bilməz.
  • Bütün arzularınızı, xəyallarınızı kağıza ən kiçik detallarına kimi yazın .
  • Əgər həqiqi kimliyimizlə, duyğularımız və arzularımızla rezonans içində olmazsaq, bu zaman keçici həvəs ve istəklərimiz əsl arzularımızı “udar”
  • Həqiqi arzularımızın sovrulmasının əsas səbəbi bizim onların fərqində olmamağımız və onları tam anlamıyla qəbul etməməyimizdir.
  • İnsanların arzularını öz mənfəətləri üçün istifadə etməyi qərarlaşdırmış industiriyalar var. Belə ki, cəzbedici evlər, alış-verişlər ilə bizə arzularımızı böyük məharətlə unutdurur. Xoşbəxtliyi maddi ehtiyyacların ödənilməsindəymiş kimi hiss etdirir.
  • Arzuladığımız hədəflər bəzən bizə sevinc gətirə bilməyə bilər.

Pierre Franckh (Rezonans Qanunu)

Chosen
1
11
banker.az

10Sources