EN

Ukraynanın baş prokuroru istefa verib

Ukraynanın

Ukraynanın baş prokuroru Andrey Kostin istefa ərizəsi verdiyini açıqlayıb. Bununla bağlı oktyabrın 22-də Baş Prokurorluğun "Telegram" kanalında məlumat yayılıb.

Reyting.az
-ın məlumatına görə, Kostin deyib ki, Ukrayna prezidenti Vladimir Zelenski "saxta əlillik" almış məmurları tənqid etdikdən sonra belə bir qərar verib.

"Ukraynanın prokurorluq sistemində çox sayda biabırçı sui-istifadə faktları aşkar edilib", - deyə Kostin əlavə edib.

"Prezident Vladimir Zelenskinin mövqeyini tamamilə haqlı, düzgün hesab edirəm. Nəinki əlillik, müvafiq pensiyalar, eləcə də digər hesablamaların verilməsi ilə bağlı verilən qeyri-qanuni qərarların hamısı ləğv edilməlidir. Mən düşünürəm ki, təkcə aydın qanunvericilik və təşkilati dəyişikliklər deyil, həmçinin şəxsi bir məsuliyyət olmalıdır. Ən əsası, siyasi məsuliyyət", - söyləyən Kostin qeyd edib ki, o, buna görə təəssüf etmir və Ukrayna prezidentinə, Ali Radaya ona zamanında göstərdikləri etimada görə minnətdarlığını bildirir.

Daha sonra Kostin deyib: "Bu xoşagəlməz vəziyyətdə mən baş prokuror vəzifəsindən azad olunmağımı tamamilə düzgün hesab edirəm".

Onu da qeyd edək ki, A. Kostin 2022-ci ilin iyul ayında Ukraynanın baş prokuroru vəzifəsinə təyin olunub. Bundan əvvəl isə Ali Radanın deputatı idi.

Oqtay QORÇU
Chosen
17
reyting.az

1Sources