EN

Hakan Fidan həmkarı ilə TDT toplantısını müzakirə ETDİ

Türkiyənin xarici işlər naziri Hakan Fidan qırğızıstanlı həmkarı Cinbek Kulubayevlə telefonla danışığı aparıb.

"Unikal" xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

Bildirilib ki, tərəflər Türkiyə-Qırğızıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısına və Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə toplantısına hazırlığı müzakirə ediblər.

Onlar həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Chosen
14
9
unikal.az

10Sources