EN

Sabiq müşavir həbsdən azad olundu - Yenilənib

SOCAR Petroleum QSC rəhbərinin sabiq müşaviri, hazırda eyni şirkətdə böyük iqtisadçı vəzifəsində işləyən İlqar Əkbərli həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməkdə təqsirli bilinib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İlqar Əkbərli 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, İ.Əkbərli əvvəl xuliqanlıq cinayətinə görə məhkum edilib. Səbail Rayon Məhkəməsi ona 1 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

***

İlqar Əkbərlinin vəkili Cavad Cavadov saytımıza açıqlamasında deyib ki, Nərimanov Rayon Məhkəməsinin 8 sutka həbs qərarından verilmiş apellyasiya şikayəti təmin edilib.

Bakı Apellyasiya Məhkəməsinin  qərarına əsasən əməldə inzibati xəta tərkibi olmadığından işə xitam verilib. 

Ötən gün tutulan İ.Əkbərli bu gün 16:30-da məhkəmə zalında həbsdən azad edilib. 

Chosen
15
20
qafqazinfo.az

10Sources