Almaniya səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona ölkənin şərqində NATO-nun dəniz komandanlığı qərargahının yaradılması ilə bağlı rəsmi etiraz bildirilib.
Bu barədə Rusiya XİN məlumat yayıb.
"Vaşinqton, Brüssel və Berlin başa düşməlidirlər ki, keçmiş Almaniya Demokratik Respublikasının (ADR) ərazisində NATO-nun hərbi infrastrukturunun genişləndirilməsi mənfi nəticələrə səbəb olacaq və bu, Rusiya tərəfindən cavabsız qalmayacaq", - nazirlikdən bildirilib.
Mənbə: oxu.az