EN

Ökə ərazisində yağıntılarda fasilə yaranıb

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 22-si saat 18:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində davam edən yağıntılarda fasilə yaranıb.

Oxu.Az-ın xəbərinə görə, Xidmətin rəsmisi Gülnarə Abbasova bildirib ki, Bakıda və Abşeron yarımadasında və eləcə də, Naxçıvan MR-da, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy bölgələrində yağıntılar tədricən kəsilib.

Lənkəran-Astara, Mərkəzi Aran və Balakən-Şəki zonasının bəzi yerlərində isə qısamüddətli yağıntılı hava şəraiti müşahidə olunur.


Telegram kanalımız
Chosen
3
29
yenisabah.az

10Sources