Beyləqan rayonunun Yeni Mil qəsəbəsində yanğın olub.
"Cebheinfo.az" FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 36 m² olan birmərtəbəli, 2 otaqlı mansarda tipli evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
"Cebheinfo.az"