EN

QƏTƏR və AZƏRBAYCAN Birgə İşçi Qrupu 2025-ci ildə İlk İclasını Keçirəcək

Oktyabrın 21-də Qatar Ticarət Palatası və Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Doha şəhərində ortaq dəyirmi masa təşkil edib. 

Qatara Ticarət Palatası Sədrinin II Müavini Rəşid İbn Həmad Əl Ətbanın başçılığı altındakı Qətər nümayəndə heyəti ilə KOBİA Sədri Orxan Məmmədovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti investisiya,ticarət,maşınqayırma,interyer dizaynı, landşaft dizaynı,tekstil, meşə sənayesi,İKT, maliyyə, avtomobil xidmətləri və bir sıra başqa sahədə qarşılıqlı əməkdaşlığın fəaliyyət istiqamətləri müzakirə olunub.

Rəşid Bin Həmad Əl Əsba iki tərəf arasında imzalanan çoxsaylı memarandum və sazişləri xüsusi vurğulayaraq .Azərbaycan və Qətər arasındakı münasibətləri yüksək qiymətləndirib,amma tərəflər arası əməkdaşlığın potensialının da daha böyük olduğunu vurğulayıb. Əl-Əsba həmçinin iki tərəf arasında 2022-ci ildə imzalanmış razılaşmalaşmanı da xatırladıb və əməkdaşlıq sferasının daha da genişləndirilməsindən məmnunluq duyacağını ifadə edib.

KOBİA sədri Orxan Məmmədov isə Azərbaycan nümayəndə heyətinin tərkibində ölkənin turizm, kənd təsərrüfatı və texnologiyalar sferasında  aparıcı iş adamları olduğunu bildirib və nümayəndə heyətini “ev sahibi”-nə təqdim edib.

Daha sonra KOBİA sədri  iki tərəf arasındakı ticarət dövriyyəsinin artırılmasında maraqlı olduğunu həmçinin gələn il iki tərəfin iş qrupu arasında görüşün planlaşdırıldığını da xatırladıb. 

Məmmədov Qətər iş adamlarını Azərbaycana, xüsusilə qida sənayesi, kənd təsərrüfatı,sənaye kimi prioritet sferalara investisiya yatırmağa dəvət edib. O, həmçinin KOBİA-nın qətərli iş adamlarına hər an kömək etməyə hazır olduğunu da vurğulayıb.

KOBİA sədrindən sonra söz alan  Azərbaycanın Qətərdəki Səfiri  Mahir Əliyev iki tərəf arasındakı mehriban və sıx əlaqəni və qarşılıqlı iqtisadi münasibətlərdəki rolunu yüksək qiymətləndirib.

 

Chosen
25
ednews.net

1Sources