EN

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bu ölkədə imzalana bilər - AÇIQLAMA

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bu ölkədə imzalana bilər - AÇIQLAMAAzərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi ilə bağlı ehtimallar çoxdur. Bəziləri sənədin Bakıda keçiriləcək COP29 sammitinədək imzalanacığını, bəziləri isə müqavilənin imzalanma prosesinin gecikəcəyini deyir. Bütün bunlarla yanaşı maraq doğuran suallardan biri də sülh müqaviləsinin harda imzalanacağıdır.

Bəs görəsən Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi hansı ölkədə imzalana bilər?

Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, sülh müqaviləsinin imzalanma ehtimalı olan ölkə olaraq Gürcüstanın adını çəkmək olar:

"Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsi 80 faiz etibarı ilə hazırdır. Biz bunu ilkin sülh müqaviləsi hesab edə bilərik. Bu günə qədər sülh müqaviləsinin imzalanması ilə bağlı daha çox üç yerin adı çəkilirdi: Moskva Brüssel və Vaşinqton.
Bir il əvvəl biz müqavilənin bu şəhərlərdən birində imzalanacağını deyə bilərdik. Amma indiki məqamda bunun harda imzalanacağını demək bir qədər çətindir. Ehtimal olunan bir-iki variant var. Bunlardan biri regionda neytral ölkə sayılan Gürcüstandır. Əgər razılaşmaq alınarsa müqavilə Tiflisdə imzalana bilər. Və ya münaqişələrlə aidiyyatı olmayan ölkələrdən birində də imzalana bilər. Əsas məsələ sülh müqaviləsi üçün razılığın əldə olunmasıdır. Çünki Ermənistan tərəfi Azərbaycanın bütün istəklərini qəbul etməyib. Bu baş vermədiyi təqdirdə isə sülh müqaviləsini imzalamaqdan danışmaq bir qədər tez olardı. Bir məsələ də ilkin və yekun sülh müqaviləsidir. Bunlar ikisi çox fərqli mənalar kəsb edir. Hansının daha vacib olduğu və harda imzalanacağı məsələsi daha ön plandadır. Yəni konkret məkan demək çətindir. Amma ehtimal olunan şəhərlərdən biri olaraq Tiflisin adını çəkə bilərik".

Çiçək Sadatova

Chosen
31
sonxeber.az

1Sources