EN

Piknikdə olan insanlara bəbir hücum edib, 3 nəfər yaralanıb - VİDEO

Piknikdə olan insanlara bəbir hücum edib, 3 nəfər yaralanıb - VİDEOHindistanın Madhya Pradesh əyalətində piknik edən qrupa bəbir hücum edib. Oktyabrın 20-də baş verən hadisədə 3 nəfər yaralanıb, onlarla insan böyük çaxnaşma yaşayıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, hadisə şahidlərinin lentə aldığı görüntülərdə təxminən 60 nəfərlik qrupun park ərazisində əylənərkən gözlənilməz bəbir hücumu ilə üzləşdiyi görünür. Heyvanı əvvəlcə "gəl, gəl" deyə çağıran qrup bəbir qəfildən ağaclardan tullanınca böyük qorxu yaşayıb.

Bəbirin hücumuna məruz qalan ilk şəxs 23 yaşlı Akaş Kuşvaha olub. "Times of India"nın məlumatına görə, hücum zamanı vəzifədən kənar bir polis əməkdaşı və bir qadın da yaralanıb. İki nəfərin kəllə-beyin nahiyəsindən ciddi xəsarət aldığı bildirilir.

Kadrlarda 4 nəfərin yaralıya kömək etmək üçün cəsarətlə qayıtdığı anlar da yer alıb. Çaxnaşma zamanı qaçan digər piknikçilər yüngül xəsarətlərlə xilas olublar.

Yerli hakimiyyət orqanları vəhşi heyvanları təhrik etməmək və onlarla qarşılaşarkən təhlükəsiz məsafə saxlamaq barədə xəbərdarlıq edib.

Son zamanlar bütün dünyada vəhşi heyvanların oxşar hücumları diqqəti cəlb edir. Yaponiyada delfin hücumuna məruz qalan 23 yaşlı Takuma Qotonun ağır yaralanması, Hondurasda isə turistin köpək balığının hücumu insan-vəhşi heyvan qarşılaşmasının təhlükələrini ortaya qoyur.

Vüsalə İbrahimli

Chosen
26
sonxeber.az

1Sources