EN

Polis rəisi 58 il ölüm hökmü altında yaşayan şəxsdən belə üzr istədi

Yaponiyanın polis rəisi dünyanınedam hökmü altında ən uzun ömür sürmüş məhbusu olan 88 yaşlı İvao Hakamadadan ağır istintaq və qanunsuz mühakimə nəticəsində onilliklər ərzində çəkdiyi əzablara görə şəxsən üzr istəyib.

Publika.az xəbər verir ki, bəraət hökmü bu ayın əvvəlində ittiham tərəfinin apellyasiya şikayəti vermək hüququndan imtina etməsi ilə yekunlaşıb. Hakamadanın təqsirsizliyini sübut etmək üçün təxminən 60 illik məhkəmə mübarizəsi sona çatıb. Şizuoka prefekturasının polis rəisi Takayoshi Tsuda Hakamadaya evində baş çəkib və şəxsən üzr istəyib.

58 ildir edam olunacağını gözləyən İvao Hakamada 1968-ci ildə müdirini, müdirinin həyat yoldaşını və iki uşağını öldürməkdə təqsirli bilinib.

Ölüm hökmünün icrasını bu qədər gözləmək Hakamadanın psixi sağlamlığına böyük zərbə vurub. Hakamadanın işi ölkənin ən uzunmüddətli məhkəmə işidir. Buna görə də ictimai maraq böyükdür. Şizuoka şəhərində məhkəmə prosesini izləmək üçün 500-dən çox insan növbəyə düzülüb.

Chosen
24
1
publika.az

2Sources