EN

Bidzina İvanişvili: Qlobal Müharibə Partiyasının Gürcüstana qarşı şantajı heç bir nəticə vermədi

Bidzina

Tbilisi, 22 oktyabr, AZƏRTAC

Bu gün Qərbin və xüsusən də Qlobal Müharibə Partiyasının Gürcüstana qarşı şantajı heç bir nəticə vermədi. Onların yalan və obyektivlikdən uzaq bəyanatları xalqda onlara qarşı qıcıq yaratdı. Vəziyyət onların əleyhinə dəyişdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili qərbli tərəfdaşların Gürcüstanda demokratiyanın geri çəkilməsi barədə bəyanatlarını şərh edərkən söyləyib.

“Cəmiyyət düzgün olmayan və çox vaxt obyektivlik çərçivəsindən kənara çıxan bu cür bəyanatlardan daha da qıcıqlanır. Bizdə əsl demokratiya var”, - deyə B.İvanişvili vurğulayıb.

O deyib: “Mən “Gürcü Arzusu”nun parlament seçkilərində uğur qazanacağına əminəm. Lakin, bu seçkilərdən sonra ölkəni çətin günlər gözləyir. Çünki Qərbdən olan tərəfdaşlar “ikinci cəbhə” açmaq üçün yenidən Gürcüstanı müharibəyə sürükləməyə çalışacaqlar”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
54
azertag.az

1Sources