EN

“Qazprom” rəhbərinin azərbaycanlı olacağı GÖZLƏNİLİR

“Qazprom”un rəhbərliyində əhəmiyyətli kadr dəyişiklikləri başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya kəşfiyyat xidmətlərinə yaxın Telegram kanalları məlumat yayıb.

Onlar şirkətin 62 yaşlı rəhbəri Aleksey Millerin səhhətinə görə tezliklə dövlət korporasiyasına rəhbərlik edə bilməyəcəyini deyirlər.

Onun xələfinin əslən azərbaycanlı olan müavini Famil Sadıqovun olacağı proqnozlaşdırılır.

Həmçinin bildirilir ki, Sergey İvanin “Qazprom” qaz neft məhsulları holdinqinin rəhbəri postunu tərk edir. Bu şirkət ana şirkət “Qazprom”un güclü törəmə şirkətidir və illik iki milyarda yaxın gəlir gətirir.

Məlumata görə, “tezliklə” İvanindən sonra “Qazprom”da yüksək vəzifə tutan və yüksək reputasiyaya malik Yelena Sekarina da çatacaq.

Qeyd edək ki, “Qazprom” Açıq Səhmdar Cəmiyyəti dünyanın ən böyük təbii qaz hasilatı şirkətidir.

Şirkətin baş ofisi Rusiya Federasiyasının paytaxtı Moskvada yerləşir. 1989-cu ildə SSRİ Qaz Sənayesi Nazirliyi tərəfindən yaradılıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
2
5
interpress.az

7Sources