EN

Sabunçu tunelində batan iki nəfərdən birinin meyiti çıxarıldı

Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılarıb. 

Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib. 

Məlumatda qeyd olunub ki, cəsəd aidiyyəti üzrə təhvil verilib. 

***14:50

Bölgələrdə və paytaxt Bakıda yağan aramsız yağış ziyansız ötüşməyib.

Hurriyyet.az oxu.az-a istinadən xəbər verir ki, paytaxtın "Sabunçu keçidi" adlanan ərazisində tunelə su dolması nəticəsində iki nəfər suda boğularaq ölüb.

Xatırladaq ki, həmin tuneldə "Ford" markalı avtomobil də batıb.

 

Chosen
9
14
hurriyyet.az

10Sources