EN

UNEC-də yenidən prorektor təyinatı olub

UNEC-də Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor vəzifəsinə təyinat olub.

Universitetdən TƏHSİL.BİZ-ə bildirilib ki, bu vəzifənin icrası UNEC-in Keyfiyyət təminat şöbəsinin müdiri Hüseyn Həsənova həvalə edilib.

Hüseyn Həsənov 1989-cu ildə Bakıda anadan olub.

2007-2010-cu illərdə Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetində “Turizm və menecment” ixtisası üzrə bakalavr, 2012-2015-ci illərdə isə eyni ixtisas üzrə magistr təhsili alıb.

2017-2019-cu illərdə Azərbaycan Turizm və Menecment Universitetində dekan müavini və tədris işləri üzrə prorektor vəzifələrində çalışıb.

2018-2021-ci illərdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin Təhsil və təlim sektorunun müdiri vəzifəsini  icra edib.

2017-ci ildən indiyədək Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə ikili diplom proqramı çərçivəsində ATMU-da Azərbaycan  Avstriya Turizm  Proqramında (AATP) müəllim kimi fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14.12.2021-ci il tarixli qərarı ilə Hüseyn Həsənova İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

O, 2021-ci ilin sentyabr ayında UNEC-də “Beynəlxalq iqtisadiyyat (ingilis dili)” kafedrasının müəllimi, 2022-ci ilin fevral ayından isə Keyfiyyət təminatı şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

18 oktyabr 2024-cü ildən  Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor vəzifəsini icra edir.

Chosen
5
10
tehsil.biz

10Sources